Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi
09.11.2026 20:24 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı bəyanatda bildirilib.

"Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Qardaş Türkiyə dövlətinə və xalqına bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı veririk", - deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, bu gün Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayış baş verib. Hadisə nəticəsində 10 nəfər ölüb.

TodayPress TV

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər