DİQQƏT! Yollarda qatı duman olacaq
Noyabrın 11-də Azərbaycanın bəzi avtomobil yollarında duman səbəbindən görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, dumanlı hava şəraiti əsasən bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq. Bu səbəbdən magistral avtomobil yollarında görünüş məsafəsinin azalacağı gözlənilir.