İzmirdə 16 nəfərin öldüyü partlayışla bağlı saxlanılanların sayı açıqlandı
Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şübhəlilərin sayı 17-yə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə ədliyyə nazirinin müavini Can Tuncay məlumat verib.
Onun sözlərinə görə, hadisə ilə bağlı daha 11 şübhəli şəxs barəsində həbs qərarı verilib.
Qeyd edək ki, zavodda baş verən partlayış nəticəsində 16 nəfər həyatını itirib. Hadisə ilə bağlı ilkin mərhələdə 6 nəfər saxlanılmışdı. Hazırda fakt üzrə istintaq davam etdirilir.