Azərbaycan XİN Səudiyyə Ərəbistanını təbrik etdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib.
TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında yazılıb.
"Səudiyyə Ərəbistanının xalqını və Hökumətini Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!" - paylaşımda qeyd olunub.