Azərbaycan XİN-dən Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım

Azərbaycan XİN-dən Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım
03.10.2026 10:16 Xarici siyasət

Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir.

TodayPress TV xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı "X" sosial media hesabındakı paylaşımında qeyd olunub.

"3 oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunur. Naxçıvan Sazişi ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatı ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri arasında həmrəyliyin və strateji tərəfdaşlığın rəmzidir. Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyimizin daha da gücləndirilməsinə sadiqdir. Birliyimiz gücümüz, həmrəyliyimiz gələcəyimizdir!"

TodayPress TV

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər