Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr oldu

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr oldu
21.05.2025 17:40 Xarici siyasət

Zaqreb şəhərində Azərbaycan və Xovatiya Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. 

Bu barədə Azərbaycan XİN-dən TodayPress TV-yə verilən məlumata görə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Xorvatiya nümayəndə heyətinə isə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç rəhbərlik edib. 

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi əlaqələrin inkişaf dinamikası haqqında fikir mübadiləsi aparılıb, bu il iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğu bildirilib. 

Son illərdə yüksək səviyyəli səfər mübadilələrində müşahidə olunan canlanma təqdir edilib, siyasi dialoqun intensivliliyinin təmin edilməsi məqsədilə bu səfərlərin davam etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində təmasların gücləndirilməsinin vacibliyi vurğulanıb. 

Daha sonra iqtisadi-ticarət sahəsində, o cümlədən ənənəvi və alternativ enerji sahələrində aparılan əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Bununla yanaşı, humanitar minatəmizləmə sahəsində həyata keçirilən layihələr haqda danışılıb, bu və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin önəmi qeyd olunub. 

Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, qarşıya çıxan maneələr və sülh sazişi istiqamətində son yeniliklər, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri barədə ətraflı məlumat verilib. 

Sonda tərəflər arasında qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Səfər zamanı F.Rzayev həmçinin Xorvatiyanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib və Azərbaycan-Xorvatiya diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş konfransda çıxış edib.

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər