Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi - YENİLƏNDİ
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəldi.
TodayPress TV xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısını qarşıladı.
Prezident İlham Əliyev burada xatirə kitabını imzaladı.
Sonra Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib.
***
11:45
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəlib.
TodayPress TV xəbər verir ki, dövlət başçısını Almaniya Prezidenti qarşılayıb.
Prezident İlham Əliyev burada xatirə kitabını imzalayıb.
Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir.