Azərbaycan Prezidenti yeni hədəflər göstərdi

Azərbaycan Prezidenti yeni hədəflər göstərdi
31.07.2026 09:45 Xarici siyasət

"Müttəfiqlik münasibətləri çox böyük məsuliyyətdir".

TodayPress TV  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib.

“Bu gün birlikdə dövlətlərarası münasibətlərimizi ən yüksək səviyyəyə qaldıraraq əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində əldə olunan irəliləyişi bir daha nümayiş etdirdik. Müttəfiqlik münasibətləri çox böyük məsuliyyətdir və biz bu məsuliyyəti üzərimizə götürməyə hazırıq. Bundan sonra da həm beynəlxalq platformalarda, həm ticarət-iqtisadi sahədə, həm də təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində bir-birimizi dəstəkləyəcəyik.

Sizin də qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər paketi əməkdaşlığımızın nə qədər geniş sahələri əhatə etdiyini göstərir. Əminəm ki, səfərin yekunlarına əsasən əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək”, - deyə dövlət başçısı qeyd edib.

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər