Azərbaycan, Ermənistan və ABŞ rəsmiləri BİR ARAYA GƏLDİ
Avqustun 10-da Vaşinqton sülh sammitinin birinci ildönümü münasibətilə Vaşinqtonda Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistan xarici işlər nazirinin müavininin müvəqqəti vəzifəsini icra edən Vahan Kostanyan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerin görüşü keçirilib.
TodayPress TV xəbər verir ki, görüş zamanı tərəflər artıq qeydə alınmış müsbət inkişaflar, regionda infrastruktur layihələri və etimadın möhkəmləndirilməsi tədbirləri barədə fikir mübadiləsi aparıblar.
Mövcud humanitar problemlərin həllinin vacibliyi vurğulanıb.