Azərbaycan BMT-də 2030-cu il planlarını açıqladı

Azərbaycan BMT-də 2030-cu il planlarını açıqladı
07.10.2026 08:37 Xarici siyasət

Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyasının II komitəsində keçirilən ümumi müzakirələr zamanı 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsinə verdiyi töhfələri diqqətə çatdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Elvin Əşrəfzadə məlumat verib.

O bildirib ki, Azərbaycan həm milli, həm də qlobal səviyyədə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə töhfə verir.

Çıxış zamanı Azərbaycanın COP29-a sədrliyi və Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etməsi ölkənin dayanıqlı inkişaf sahəsində əsas təşəbbüsləri sırasında qeyd olunub.

Bildirilib ki, Azərbaycan humanitar yardım, texniki əməkdaşlıq, potensialın gücləndirilməsi və təhsil təşəbbüsləri vasitəsilə də dayanıqlı inkişafın təşviqinə töhfə verir.

Eyni zamanda, ölkənin nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişafı istiqamətində həyata keçirdiyi layihələrin regionlararası əlaqələrin gücləndirilməsində mühüm rol oynadığı vurğulanıb.

Qeyd olunub ki, bu layihələr inklüziv iqtisadi artımın təşviqinə, regionlar arasında əlaqələrin genişləndirilməsinə və dayanıqlı tərəfdaşlıqların inkişafına xidmət edir.

Azərbaycanın BMT-dəki rəsmisi çıxışında dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın əhəmiyyətini də vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər