ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana ilk rəsmi səfərinə başladı

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana ilk rəsmi səfərinə başladı
04.08.2026 08:48 Xarici siyasət

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnazio Kassis Azərbaycana ilk rəsmi səfərinə başladığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

Kassis bildirib ki, İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir və ticarət, innovasiya, iqtisadiyyat sahələrində əməkdaşlığı dərinləşdirməyi, eyni zamanda Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahın təşviqi istiqamətində fəaliyyəti gücləndirməyi hədəfləyir.

ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, bu səfər daha geniş regional diplomatik təmasların başlanğıcıdır. Onun növbəti səfəri Türkmənistana olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər