Okan Burukdan ÇL həyəcanı: “Heç kimə asan olmayacaq!”

Okan Burukdan ÇL həyəcanı: “Heç kimə asan olmayacaq!”
09.09.2026 09:41 UEFA

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda keçiriləcək “Sportinq”lə oyun öncəsi fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, türkiyəli mütəxəssis Çempionlar Liqasının həm məşqçilər, həm də futbolçular üçün xüsusi turnir olduğunu vurğulayıb.

“Çempionlar Liqası başlayır. Bu, bütün dünyada məşqçilərin və futbolçuların arzuladığı bir turnirdir. Sabah ilk matçımıza çıxacağıq.

Olduqca güclü rəqiblə qarşılaşacağıq. “Sportinq” ötən mövsüm 1/4 finala qədər irəliləyib və “Arsenal”la oyunu çıxmaq şərtilə, öz meydanında uduzmayıb. Heyətlərində bəzi itkilər olsa da, onları əvəz edən yeni oyunçular da çox keyfiyyətlidir. Rəqib çox mobil və sürətli hücuma keçən komandadır, bizi çətin oyun gözləyir.

Lakin biz də güclü komandayıq. Heyətimizdə vacib itkilər var, amma meydana 11 nəfər çıxacaq və ehtiyat skamyada da komandanı gücləndirə biləcək futbolçularımız var. Oyunçularıma tam güvənirəm. Qələbə üçün əlimizdən gələni edəcəyik”, – deyə Buruk bildirib.

Qeyd edək ki, Lissabondakı “Joze Alvalade” stadionunda keçiriləcək “Sportinq” – “Qalatasaray” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər