Kamçatka sahillərində güclü zəlzələ: Yer silkələndi

Kamçatka sahillərində güclü zəlzələ: Yer silkələndi
28.11.2026 19:59 Dünya

Rusiyanın Kamçatka yarımadasında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

TodayPress TV xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 72 kilometr məsafədə yerləşib.

Zəlzələnin ocağı 189,1 kilometr dərinlikdə olub. Şəhərdə təkanların intensivliyi ilkin qiymətləndirməyə əsasən 3 bal təşkil edib.

Təkanlar şəhər sakinləri tərəfindən hiss olunub.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər