Səhiyyə işçilərinin əməkhaqqına əlavələrlə bağlı yenilik tətbiq edildi

Səhiyyə işçilərinin əməkhaqqına əlavələrlə bağlı yenilik tətbiq edildi
05.01.2026 16:00 Sosial

"Əmək və Məşğulluq" altsistemində (ƏMAS) büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinin icrasını təmin edən yeni funksionallıq tətbiq edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Belə ki, əmək müqavilələri ƏMAS-a daxil edilərkən ağır əmək şəraitində çalışan səhiyyə işçilərinin əməkhaqqılarına qanunvericilikdə nəzərdə tutulmuş müvafiq əlavələrin daxil edilməsi mümkün olur.

Eyni zamanda, yeni imkan ƏMAS-da məlumatların daha dəqiq formalaşdırılmasına və əmək münasibətlərinin rəqəmsal mühitdə effektiv idarə olunmasına şərait yaradır.

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər