Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürüldü - YENİLƏNDİ
Cəlilabad rayonunda, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq sahədə baş vermiş yanğın söndürülüb.
Bu barədə TodayPress TV Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində təxminən 10 hektar sahədə quru ot və kol-kos yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
***
Cəlilabad rayonunda yerləşən Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb.
TodayPress TV xəbərə görə, yanğın təsərrüfatın mərkəzi hissəsində, Bakı-Astara magistral yolunun kənarında yerləşən ərazidə müşahidə olunur.
Hadisə yerinə FHN-in Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.
