Gəncədə 3 maşın və təcili yardım toqquşdu - FOTOLAR
Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
TodayPress TV APA-ya istinadla xəbər verir ki, MAN, VAZ-21099, BMV və "Fiat Doblo” markalı təcili tibbi yardım avtomobili toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Məlumata görə, xəsarət alanlar VAZ-21099-da olan şəxslərdir.
Faktla bağlı araşdırma aparılır.