Ovçuluq təsərrüfatında güclü yanğın - FOTO

Ovçuluq təsərrüfatında güclü yanğın - FOTO
23.10.2026 15:00 Hadisə

Cəlilabad rayonunda yerləşən Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb.

TodayPress TV xəbərə görə, yanğın təsərrüfatın mərkəzi hissəsində, Bakı-Astara magistral yolunun kənarında yerləşən ərazidə müşahidə olunur.

Hadisə yerinə FHN-in Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.

TodayPress TV


XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər