Baş nazirdən pensiyalarla bağlı yeni QƏRAR

Baş nazirdən pensiyalarla bağlı yeni QƏRAR
09.10.2026 12:54 Sosial

Nazirlər Kabineti əmək pensiyalarının verilməsi sahəsində normativ hüquqi tənzimləmə həyata keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda edilən dəyişikliyin əsas məqsədi pensiya təyinatı proseslərinin daha da təkmilləşdirilməsi, sənədləşmə işlərinin optimallaşdırılması və vətəndaşların sosial təminat hüquqlarının reallaşdırılmasının asanlaşdırılmasıdır.

Qərar imzalandığı gündən qüvvəyə minir.


TodayPress TV

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər