NVIDIA qərarını dəyişdi! Huang yenidən şirkətin başına gətirildi
Censen Huang NVIDIA-nın prezidenti və baş icraçı direktoru, həmçinin Direktorlar Şurasının üzvü vəzifəsinə geri qaytarılıb.
TodayPress TV xəbər verir ki, bunu şirkət bəyan edib.
Bildirilib ki, Direktorlar Şurası cənab Huangla bir sıra müzakirə və görüşlərdən sonra onun vəzifəsinə bərpası barədə yekdilliklə qərar qəbul edib. Görüşlərdən sonra Şura Huangın səmimiyyətinə və NVIDIA-ya rəhbərlik etmək qabiliyyətinə əmin olub.
Qərarın qəbul edilməsi prosesində Şura ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələrinin fikirlərini də öyrənib. Həmin rəylər əsasında Şura Huangın vəzifəsinə bərpasının milli təhlükəsizlik üçün heç bir risk yaratmadığına əmin olduğunu bildirib.
Aysel Mətləb