Tramp Huangın geri dönüşünü dəstəklədi - “ABŞ-nin ona ehtiyacı var”

Tramp Huangın geri dönüşünü dəstəklədi - “ABŞ-nin ona ehtiyacı var”
23.11.2026 18:34 Dünya

ABŞ lideri Donald Tramp Nvidia rəhbərliyinin Censen Huangın şirkətin baş icraçı direktoru vəzifəsinə qaytarılması ilə bağlı qərarını düzgün və əsaslı adlandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.

O bildirib ki, texnologiya şirkətinin Direktorlar Şurası “düzgün və əsaslı qərar” qəbul edib:

“Ölkənin təkcə şirkətin özünün deyil, bütün Amerika iqtisadiyyatının uğurunu və rifahını təmin etmək üçün Nvidia-nın rəhbərliyində Huanga ehtiyacı var. ABŞ hökumətinin Censenin Nvidia-ya qayıtmasının milli təhlükəsizlik üçün hər hansı təhlükə yaratdığını düşünməyə əsası yoxdur”.

Amerika liderinin sözlərinə görə, ölkədə Baş Prokurorluq funksiyalarını yerinə yetirən ABŞ Ədliyyə Nazirliyi Amerika hökumətinin onun hər hansı qanunsuz əməl törətdiyinə dair sübutlara malik olmadığını təsdiqləyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər