Avropa Moskvanın təklifini geri çevirdi, Rusiya ilə danışıqlara şərt qoydu
Avropa nümayəndə heyətinə Moskvaya gəlmək təklif olunub, lakin onlar Rusiya ilə ikitərəfli məsləhətləşmələrə hazır deyillər və Ukrayna ilə bağlı danışıqları yalnız çoxtərəfli formatda aparmaq niyyətindədirlər.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Paula Pinyu Brüsseldə keçirilən brifinqdə bildirib.
“Biz bu dəvətdən xəbərdarıq, lakin çoxtərəfli görüşlərə diqqət yetirməyə davam edirik və yalnız bu formatda iştirak etməyə hazırıq”, – deyə Paula Pinyu vurğulayıb.
Onun sözlərinə görə, Avropada təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələr yalnız “Ukraynada atəşkəs əldə edildikdən” sonra və NATO ölkələri ilə Avropa İttifaqının iştirakı ilə başlaya bilər.
Aysel Mətləb