Tehran dənizdən hücuma keçir, Tramp “batırmaq” əmri verir

Tehran dənizdən hücuma keçir, Tramp “batırmaq” əmri verir
23.11.2026 18:10 Dünya

İrandan 12-dən çox neft tankerindən ibarət karvanı ABŞ-nin dəniz blokadasını yarmaq məqsədilə hərəkətə gətirməyə cəhd edə biləcəyi barədə məlumatların yayılmasından sonra bütün diqqətlər İrana və Hörmüz boğazına yönəlib.

TodayPress TV xəbər verir ki, bundan əvvəl Xarici İşlər Nazirliyinin sözçüsü Tehranın artıq aylarla davam edən mühasirəyə və ABŞ-nin digər iqtisadi təzyiq tədbirlərinə dözə bilməyəcəyi və buna son qoymaq üçün bütün zəruri vasitələrdən istifadə edəcəyi barədə xəbərdarlıq edib.

Tramp isə İranı ABŞ-nin dəniz blokadasına meydan oxumağa çağıraraq, belə bir addım atacağı təqdirdə ciddi nəticələrlə üzləşəcəyini bəyan edib.

“Ümid edirəm ki, bunu edərlər. Onlar da donanmanın qalan hissəsi kimi dənizin dibində olacaqlar”, - deyə Tramp karvanla bağlı məlumatları şərh edərkən bildirib

Qeyd edək ki, ABŞ ordusu blokadanı ilk dəfə aprel ayında tətbiq edib, lakin iyunda İslamabad Anlaşma Memorandumu müvəqqəti atəşkəsə səbəb olduqdan sonra onu aradan qaldırıb. Danışıqların iyul ayında iflasa uğramağa başlaması ilə blokada yenidən tətbiq edilib.

İranın həyati əhəmiyyət daşıyan neft ixracatı ciddi zərər görüb. Bu, beynəlxalq sanksiyalar səbəbindən onsuz da çətin vəziyyətdə olan və müharibə nəticəsində dağıdılmış iqtisadiyyata əlavə təsir göstərib.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər