Estoniyanın sərhədləri bağlaması Moskvanı hərəkətə gətirdi
Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Marek Yuhtqeyə Tallinin Rusiya ilə sərhədi bağlamaq qərarı ilə əlaqədar qəti etirazını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Noyabrın 23-də Rusiyanın Xarici İşlər Nazirliyinə Rusiyadakı Estoniyanın müvəqqəti işlər vəkili M. Yuhtqe çağırılıb. Ona Tallin yaxınlığında müdafiə sənayesi müəssisəsinin yandırılmasına uğursuz cəhdlə bağlı Rusiyaya qarşı əsassız ittihamlar və bununla əlaqədar Estoniya hökumətinin dekabrın 1-dən Rusiya-Estoniya sərhədindəki keçid məntəqələrini bağlamaq qərarı ilə bağlı qəti etiraz bildirilib”, – deyə diplomatik qurumdan məlumat verilib.
Aysel Mətləb