Litvanın HIMARS planı yarımçıq qaldı – ABŞ silah tədarükünü gecikdirir
ABŞ-dan Litvaya HIMARS reaktiv yaylım atəşi sistemlərinin tədarük müddəti təxirə salınıb. Respublika bu sistemləri 2026-cı ilin sonunadək əldə edə bilməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə müdafiə naziri Robertas Kaunas jurnalistlərə açıqlamasında bildirib.
“Tədarüklər gecikir. Sifarişin cari ilin sonunadək çatdırılmalı olan hissəsi 2027-ci ilin birinci rübündə gələcək”, – deyə o bildirib.
Litva 2022-ci ildə səkkiz ədəd HIMARS qurğusunun alınması üçün 495 milyon dollarlıq müqavilə, bu ilin aprelində isə əlavə olaraq 280 milyon dollarlıq saziş imzalayıb. Vilnüs sistemləri ilin sonunadək əldə etməyi planlaşdırırdı.
Aysel Mətləb