Allahşükür Paşazadə Kirillə görüşdü

Allahşükür Paşazadə Kirillə görüşdü
23.11.2026 17:55 Mədəniyyət

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə görüşüb.

TodayPress TV APA-ya istinadla xəbər verir ki, görüş Partriarxın Danilov monastırındakı iqamətgahında keçirilib.

Şeyxülislam Hacı Allahşükür Paşazadə Patriarx Kirilli 80 illik yubileyi münasibətilə təbrik edib.

Görüşdə həmçimin Azərbaycan ilə Rusiya arasında dinlərarası dialoqun daha da intensivləşdirilməsi məsələləri müzakirə edilib.

Görüşdə iştirak edən Azərbaycan səfiri Rəhman Mustafayev Azərbaycan və Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin yaxşı ənənələrinin inkişafına və möhkəmləndirilməsinə verdiyi mühüm töhfəni qeyd edərək Patriarxa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təbrik məktublarını təqdim edib.

TodayPress Tv

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər