74 yaşlı amerikalı aşpaz Babette Davis yaşından daha gənc görünməsinin sirrini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu haqda məqalə "Daily Mirror"da dərc olunub.
Belə ki, Los-Ancelesdə yaşayan Davis kosmetik prosedurlardan və bahalı dəriyə qulluq vasitələrindən istifadə etmədiyini, hər şeyin pəhrizdən qaynaqlandığını bildirib.
Davis-in sirri hər gün qarpız yeməkdir. O deyib ki, mövsüm ərzində acqarına bütöv bir qarpız yeyə bilər və günə belə başlayır.
Qarpızlar güclü antioksidant olan likopenlə zəngindir, bu maddə kollagenin parçalanmasını yavaşladır və dərinin elastikliyini artırır. Həmçinin yüksək su tərkibi və C vitamini də dəri üçün faydalıdır.
Jalə Rövşən
