Polşa Azərbaycanla bağlı qərar verdi - Siyahıda bu ölkələr də var

Polşa Azərbaycanla bağlı qərar verdi - Siyahıda bu ölkələr də var
19.10.2026 22:02 Dünya

Azərbaycan Polşanın strateji tərəfdaşları siyahısına daxil edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Polşanın “Defence24” portalı məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Polşa Xarici İşlər Nazirliyinin təqdim etdiyi siyahıda yer alan strateji tərəfdaş statusu ölkənin xarici siyasəti baxımından əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını göstərir. Bu status, həmçinin beynəlxalq məsələlər və təhlükəsizlik sahəsində fəaliyyətlərin əlaqələndirilməsini nəzərdə tutur.

Azərbaycanla yanaşı, ABŞ, Kanada, Ukrayna, Türkiyə, Çin, Cənubi Koreya, Yaponiya, Hindistan, Fransa, Böyük Britaniya, İsveç, Rumıniya, Nigeriya və Seneqal da siyahıya daxil edilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər