Pakistan Səudiyyə Ərəbistanına sipər oldu: “Lazım olan bütün dəstək göstərilir”

Pakistan Səudiyyə Ərəbistanına sipər oldu: “Lazım olan bütün dəstək göstərilir”
19.10.2026 22:32 Dünya

Pakistan Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının (husilər) hücumları fonunda krallığı qorumaq üçün Səudiyyə Ərəbistanına "hər cür zəruri dəstəyi" təmin edir.

TodayPress TV xəbər verir ki, bu barədə "Independent Arabia"ya verdiyi müsahibədə Pakistan Silahlı Qüvvələrinin Mətbuat xidmətinin rəhbəri, general-leytenant Əhməd Şərif Çaudri bildirib.

"Səudiyyə Ərəbistanının suverenliyi, onun ərazi bütövlüyü və təhlükəsizliyi, ilk növbədə iki müqəddəs məscidin təhlükəsizliyi birinci dərəcəli əhəmiyyət kəsb edir. Pakistan üçün bu məsələ müzakirə mövzusu deyil. Bunun üçün lazım olan hər bir dəstək artıq göstərilir və göstərilməyə davam edəcək", - deyə o vurğulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər