“İşi birlikdə bitirəcəyik” - Netanyahu Trampa nə vəd etdi? - VİDEO

“İşi birlikdə bitirəcəyik” - Netanyahu Trampa nə vəd etdi? - VİDEO
19.10.2026 21:33 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla İran təhdidini birdəfəlik aradan qaldırmaq niyyətində olduqlarını bəyan edib.

TodayPress TV xəbər verir ki, Netanyahu Trampa müraciətində görülməli işlərin hələ başa çatmadığını vurğulayıb.

“Donald, başa çatdırmalı olduğumuz bir iş var. Biz bunu birlikdə edəcəyik. İşimizi sona çatdıracağıq”, – deyə Netanyahu bildirib.

Baş nazir daha əvvəl Trampın İsrailin baş naziri kimi seçkilərdə ona dəstəyini açıqlamasından sonra ABŞ prezidenti ilə telefon danışığı apardığını deyib.

Netanyahu İranla bağlı mövqeyini də açıqlayıb: “Birlikdə İran təhdidini birdəfəlik aradan qaldıracağıq!”

O, eyni zamanda, tərəfdarlarını rəhbərlik etdiyi “Likud” partiyasına səs verməyə çağırıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər