Litva dron “ov”una başlayır? Qaydalar dəyişdirilir
Litva radar vasitəsilə aşkarlanan pilotsuz uçuş aparatlarını vizual təsdiq olmadan vurmağa icazə vermək istəyir.
TodayPress TV xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb.
Baş nazir Sinkəviçyusun sözlərinə görə, ölkə qüvvədə olan qaydaların dəyişdirilməsi ilə bağlı NATO ilə məsləhətləşmələr aparacaq. Hazırda hava hədəfi radar vasitəsilə aşkar edilsə belə, onun məhv edilməsi üçün pilot hədəfi vizual olaraq görməlidir.
Yeni qaydaların bir ay ərzində tətbiq edilməsi planlaşdırılır.
Bu qərara səbəb Polşa ərazisindən Litvaya daxil olan partlayıcı maddə daşıyan dronla bağlı insident olub. Pilotsuz uçuş aparatı Pasvalis rayonunda yerə düşərək avtomobilə ziyan vurub.
Kübra Musayeva