Paris də daxil olmaqla 5 şəhərdə komendant saatı elan edildi
Fransada davam edən iğtişaşlar səbəbindən paytaxt Paris də daxil olmaqla, beş şəhərin ayrı-ayrı ərazilərində komendant saatı elan edilib.
TodayPress TV xəbər verir ki, məhdudiyyətlər oktyabrın 19-u axşam saatlarından qüvvəyə minəcək. Komendant saatı iki gün ərzində yerli vaxtla saat 20:00-dan 06:00-dək davam edəcək.
Komendant saatının tətbiq olunduğu digər şəhərlərin adları və məhdudiyyətlərin əhatə etdiyi ərazilər barədə əlavə məlumat verilməyib.
Kübra Musayeva