Tramp öz müşaviri barədə araşdırma başlatdı
ABŞ Prezidenti Donald Tramp müşaviri Riçard Qrenellin nüfuz alverində iştirakına dair şübhələrlə bağlı onun barəsində araşdırma aparılmasını tapşırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Araşdırmanı Ağ Evin hüquq müşaviri aparır. Buna səbəb Trampın keçmiş vəkili Alina Habbadan daxil olan məlumatlar olub. O, Qrenell tərəfindən şübhəli təkliflər irəli sürüldüyünü bildirib.
İttihamlara görə, Qrenell 2025-ci ilin mayında türkiyəli iş adamı Turhan Mildona ABŞ administrasiyasına çıxış əldə etməyi və Tramp ilə görüşlər təşkil etməyi təklif edib. Bunun müqabilində sahibkarın Con Kennedi adına Mərkəzə ianə etməsi nəzərdə tutulub.
İş üzrə əsas sübutlardan biri Qrenellin göndərdiyi iddia edilən mətn mesajıdır. Habbənin və Mildonun vəkillərinin versiyasına görə, vəsait köçürülsə də, mədəniyyət mərkəzi həmin pulu almayıb.
Riçard Qrenell isə bütün ittihamları qəti şəkildə rədd edir və sahibkardan heç bir pul almadığını bildirir.
Aysel Mətləb