Trampın Rusiya siyasəti öz partiyasında çat verdi

Trampın Rusiya siyasəti öz partiyasında çat verdi
20.10.2026 05:20 Dünya

ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini Prezident Donald Trampdan tələb edən respublikaçıların sayı artır.

TodayPress TV xəbər verir ki, bu barədə "The Hill" qəzeti yazıb.

Nəşrin məlumatına görə, konqresmenlər tələbləri yerinə yetirilmədiyi təqdirdə Pentaqona əlavə maliyyə ayrılmasının qarşısını almaqla hədələyirlər. Ağ Ev yeni hərbi xərclər üçün ən azı 350 milyard dollar vəsait ayrılmasına razılıq əldə etməyə çalışır.

Məqalədə qeyd olunur ki, Ukraynanı dəstəkləyən bir sıra respublikaçılar Trampın son xarici siyasət addımlarından narazıdırlar.

Respublikaçıların əsas narazılığı Trampın Rusiya Prezidenti Vladimir Putinlə Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü ilə bağlı əldə etdiyi razılaşmadan qaynaqlanır.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər