Ər-Riyad hərbi dəstək gözləyir, Qahirə qərarı yubadır
Misir parlamenti Səudiyyə Ərəbistanı yardım üçün müraciət edəcəyi təqdirdə ona hərbi dəstək göstərilməsi məsələsi ilə bağlı səsverməni bir həftə – oktyabrın 26-dək təxirə salıb.
TodayPress TV xəbər verir ki, bu barədə dövlətə məxsus “Akhbar el-Yom” nəşri məlumat yayıb.
Bundan bir gün əvvəl parlament iclası dayandıraraq müzakirələrin növbəti gün davam etdirilməsini nəzərdə tutmuşdu.
Məsələ Misir Prezidenti Əbdülfəttah əs-Sisinin təşəbbüsü ilə müzakirəyə çıxarılıb.
Aysel Mətləb