Təbiətin qorunmasından uşaqların sağlamlığınadək - Leyla Əliyevanın Türkmənistan səfərinin DETALLARI

Təbiətin qorunmasından uşaqların sağlamlığınadək - Leyla Əliyevanın Türkmənistan səfərinin DETALLARI
19.10.2026 22:42 Xarici siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistanın Arkadağ şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüşüb.

TodayPress TV xəbər verir ki, Oğulcahan Atabayeva birgə fəaliyyət sayəsində Azərbaycan-Türkmənistan qardaşlıq münasibətlərinin iki fond səviyyəsində də dinamik inkişaf etdiyini bildirib. O, bir çox ölkədə nümayiş etdirilmiş və sabah açılışı nəzərdə tutulan MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin dərin məna daşıdığını diqqətə çatdırıb. O.Atabayevanın sözlərinə görə, incəsənət xalqları və millətləri birləşdirən universal beynəlxalq dildir. Bu sərgi yalnız mənəvi-mədəni zövq bəxş etmir, hətta ətraf mühitin mühafizəsi məsələlərinə də diqqət çəkir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iki ölkəni birləşdirən ortaq ənənələri və mədəni irsi xüsusi qeyd edib. O, hər iki ölkənin üzləşdiyi ümumi ekoloji problemlərə, o cümlədən Xəzər dənizinin səviyyəsinin enməsi məsələsinə diqqət çəkərək, MAMA "Ana təbiət" sərgisinin ictimaiyyətin diqqətini məhz bu mövzuya cəlb etmək məqsədi daşıdığını deyib. Leyla Əliyeva hər bir insanın təbiətə qarşı məsuliyyətli olmasının və birgə evimiz olan planetimizə qayğı göstərməyin vacibliyini qeyd edib. O, həmçinin su ehtiyatlarının qorunması problemlərini işıqlandıran Heydər Əliyev Fondunun "Bir damcı" layihəsini də xatırladıb.

Bundan əlavə, oktyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arkadağ şəhərində yerləşən Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Ziyarət zamanı Leyla Əliyevaya mərkəzdə uşaqların sağlamlığının qorunması, fiziki inkişafının dəstəklənməsi və reabilitasiyası istiqamətində həyata keçirilən layihə və xidmətlər barədə ətraflı məlumat verilib.

Mərkəzin masaj və oyun otaqları, habelə müasir reabilitasiya bölmələri ilə tanışlıq zamanı mərkəzin fəaliyyətinin beynəlxalq standartlara, tibb elminin son nailiyyətlərinə və müasir bərpa-müalicə avadanlıqlarına əsaslandığı qeyd olunub. Burada fiziki imkanları məhdud uşaqların tam reabilitasiyası və cəmiyyətə uğurlu inteqrasiyası üçün bütün zəruri şərait yaradılıb.

Xüsusi tərtibatla hazırlanan oyun otaqları isə uşaqların asudə vaxtlarının səmərəli təşkilinə, ünsiyyət bacarıqlarının formalaşmasına və psixoloji gərginliyin aradan qaldırılmasına xidmət edir. Yaradılan şərait uşaqların özlərini rahat və təhlükəsiz hiss etmələrinə, daxili potensiallarını üzə çıxarmalarına imkan verir.

FOTOLAR

Təbiətin qorunmasından uşaqların sağlamlığınadək - Leyla Əliyevanın Türkmənistan səfərinin DETALLARI — 1
Təbiətin qorunmasından uşaqların sağlamlığınadək - Leyla Əliyevanın Türkmənistan səfərinin DETALLARI — 2
Təbiətin qorunmasından uşaqların sağlamlığınadək - Leyla Əliyevanın Türkmənistan səfərinin DETALLARI — 3
Təbiətin qorunmasından uşaqların sağlamlığınadək - Leyla Əliyevanın Türkmənistan səfərinin DETALLARI — 4
Təbiətin qorunmasından uşaqların sağlamlığınadək - Leyla Əliyevanın Türkmənistan səfərinin DETALLARI — 5
Təbiətin qorunmasından uşaqların sağlamlığınadək - Leyla Əliyevanın Türkmənistan səfərinin DETALLARI — 6
Təbiətin qorunmasından uşaqların sağlamlığınadək - Leyla Əliyevanın Türkmənistan səfərinin DETALLARI — 7
Təbiətin qorunmasından uşaqların sağlamlığınadək - Leyla Əliyevanın Türkmənistan səfərinin DETALLARI — 8
Təbiətin qorunmasından uşaqların sağlamlığınadək - Leyla Əliyevanın Türkmənistan səfərinin DETALLARI — 9
Təbiətin qorunmasından uşaqların sağlamlığınadək - Leyla Əliyevanın Türkmənistan səfərinin DETALLARI — 10
Təbiətin qorunmasından uşaqların sağlamlığınadək - Leyla Əliyevanın Türkmənistan səfərinin DETALLARI — 11
XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər