Mirziyoyev Rubio və Trampın elçisini təltif etdi

Mirziyoyev Rubio və Trampın elçisini təltif etdi
19.10.2026 22:10 Dünya

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ Dövlət katibi Marko Rubionu "Böyük xidmətlərinə görə" ordeni, ABŞ Prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Sercio Qoru isə "Dostluq" ordeni ilə təltif edib.

TodayPress TV xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Rubio Özbəkistan-ABŞ strateji tərəfdaşlığının inkişafına, siyasi-diplomatik, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin genişlənməsinə şəxsi töhfəsinə, həmçinin Mərkəzi Asiyada sülhün, sabitliyin və davamlı inkişafın möhkəmləndirilməsi səylərini dəstəklədiyinə görə bu mükafata layiq görülüb.

Bununla yanaşı, onun Yeni Özbəkistanın beynəlxalq təşəbbüslərinin irəli aparılmasına göstərdiyi dəstək və iki ölkə xalqları arasında etimadın və dostluğun möhkəmləndirilməsindəki xidmətləri qeyd olunub.

Qor Özbəkistan və ABŞ arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə və strateji tərəfdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə "Dostluq" ordeni ilə təltif edilib.

O cümlədən, onun siyasi dialoqun fallaşdırılması, ikitərəfli razılaşmaların icrası, amerikalı investorların cəlb edilməsi və birgə layihələrin irəli aparılması üzrə səyləri, eləcə də Amerika-Özbəkistan Biznes və İnvestisiya Şurası çərçivəsində əməkdaşlığın inkişafına verdiyi töhfə yüksək qiymətləndirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər