Səfərbərlik üçün gətirilən şəxs insident törətdi - VİDEO

Səfərbərlik üçün gətirilən şəxs insident törətdi - VİDEO
19.10.2026 22:23 Dünya

Ukraynanın paytaxtı Kiyevin Peçersk rayonunda ərazi komplektləşdirmə və sosial dəstək mərkəzinin (TCK) binasında atışma baş verib.

TodayPress TV xəbər verir ki, Ukrayna Milli Polisinin məlumatına görə, səfərbərlik qanunvericiliyini pozduğu üçün mərkəzə gətirilən kişi binanın daxilində atəş açıb.

Hadisə nəticəsində üç polis əməkdaşı və üç hərbçi yaralanıb. Onların hamısı xəstəxanaya yerləşdirilib və tibbi yardım alırlar.

Hüquq-mühafizə orqanları atəş açan şəxsi saxlayıb. Hadisənin digər təfərrüatları araşdırılır.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər