Zelenski ilə kritik görüş gözlənilir: ABŞ nümayəndələri Norveçə gedir
ABŞ nümayəndələri Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün bu həftə Norveçə səfər etməyi planlaşdırırlar.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin iki mənbəsinin bildirdiyinə görə, görüşlərdə Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakı gözlənilir.
Mənbələr səfər proqramının ilkin olduğunu və dəyişə biləcəyini vurğulayıblar.
Ağ Ev isə məsələ ilə bağlı şərh vermək xahişinə cavab verməyib.
Kübra Musayeva