Almaniya səfiri İran XİN-ə çağırıldı

Almaniya səfiri İran XİN-ə çağırıldı
19.10.2026 22:50 Dünya

İran Xarici İşlər Nazirliyi Almaniyanın Tehrandakı səfiri Aksel Dittmannı çağıraraq, Almaniya rəsmilərinin İslam Respublikasının ünvanına səsləndirdiyi bəyanatlarla bağlı ona qəti etirazını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, diplomatı nazir köməkçisi, İran XİN-in Qərbi Avropa departamentinin baş direktoru Əlirza Yusifi çağırıb. Buna səbəb "Almaniya rəsmilərinin İrana qarşı təkrarən irəli sürdüyü əsaslandırılmamış ittihamlar" olub.

Yusifi bəyan edib ki, Tehrana qarşı təhlükəsizlik sahəsində ittihamların irəli sürülməsi ABŞ və İsrail tərəfindən İrana qarşı "hərbi təcavüzə dəstək verməkdə və bunda iştirak etməkdə Almaniya hökumətinin öz rolundan diqqəti yayındırmaq" cəhdi kimi istifadə olunur:

"Bu cür manevrlər İranın, Almaniya hökumətinin İrana qarşı törədilmiş hərbi cinayətlərdə şərikliyinə görə beynəlxalq-hüquqi məsuliyyətə cəlb edilməsinə nail olmasına heç bir halda mane olmayacaq".

Aysel Mətləb

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər