“Paris tezliklə müsəlman şəhəri olacaq” - ABŞ lideri
ABŞ Prezidenti Donald Tramp Fransada baş verən etirazlara münasibət bildirərək ölkənin miqrasiya siyasətini tənqid edib.
TodayPress TV xəbər verir ki, Tramp Fransa Prezidenti Emmanuel Makronla bu məsələ barədə dəfələrlə danışdığını və onu mümkün nəticələr barədə xəbərdar etdiyini bildirib.
“Mən ona dedim ki, böyük səhv edirsən. Sən dünyanın hər yerindən insanları ölkəyə buraxırsan. Paris tezliklə müsəlman şəhəri olacaq. Mən ona sərhədləri bağlamalı olduğunu dedim. Biz sərhədlərimizi bağladıq, amma o bunu etmədi”, – deyə Tramp bildirib.
Kübra Musayeva