Sertifikat almaq çətinləşir: Almaniya miqrantlar üçün yeni qayda tətbiq edir

Sertifikat almaq çətinləşir: Almaniya miqrantlar üçün yeni qayda tətbiq edir
20.10.2026 02:00 Dünya

Almaniya miqrantların alman dili imtahanı ilə bağlı qaydaları sərtləşdirməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, bəzi şəxslər imtahan suallarını və cavablarını internetdən satın alaraq “Dinləmə və oxu” bölməsində istifadə ediblər. Bu yolla yüksək nəticə əldə edənlər yazılı tapşırığı yerinə yetirmədən belə B1 səviyyəsi üzrə sertifikat ala biliblər.

Noyabrın 1-dən etibarən yeni qayda qüvvəyə minəcək. Belə ki, imtahanın bölmələrindən ən azı biri qeyri-kafi nəticə ilə başa çatarsa, namizəd ümumilikdə imtahandan keçməmiş hesab olunacaq.

Kübra Musayeva

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər