İsrailin əməli öz başında çatladı - Gözlər Azərbaycanda...

İsrailin əməli öz başında çatladı - Gözlər Azərbaycanda...
08.07.2026 10:53 Siyasət

İsrailin “erməni soyqırımı”nı tanıması Bakı ilə münasibətlərdə ciddi böhran yaradıb.

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin "Ynet" nəşri yazıb.

Bildirilib ki, İsrail hökumətinin “erməni soyqırımı”nı tanımaq qərarı Bakı ilə Təl-Əviv arasında münasibətlərdə ictimaiyyətə göründüyündən daha dərin böhrana səbəb olub.

Məqalədə rəsmi mənbələrə istinadən bildirilir ki, Bakıda hesab edirlər ki, İsrail Qəzza müharibəsi dövründə Azərbaycanın illərdir göstərdiyi dəstəyi nəzərə almayıb və Azərbaycan-Ermənistan münaqişəsi kimi Bakı üçün son dərəcə həssas məsələdə lazımi həssaslığı nümayiş etdirməyib. 

Nəşrin iddiasına görə, Azərbaycan tərəfi İsrailin bu addımını “qırmızı xəttin keçilməsi” kimi qiymətləndirir və hesab edir ki, Qüds Azərbaycanın müharibənin əvvəlindən İsrailə göstərdiyi qarşılıqlı dəstəyə adekvat cavab verməyib.

Məqalədə,  həmçinin qeyd olunur ki, vəziyyətlə tanış olan rəsmilərin sözlərinə görə, İsrail hökumətinin qərarı iki ölkə arasında münasibətlərdə ciddi gərginlik yaradıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər