Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş tamaşa hazırlanır

Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş tamaşa hazırlanır
21.05.2025 17:26 Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrında Qarabağ müharibəsinin əfsanəvi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Ölməz” adlı tamaşa hazırlanır.   

TodayPress TV xəbər verir ki, Səhnə əsəri  Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında hazırlanan qəhrəmanlıq dramıdır.

Səhnə əsərinin quruluşçu rejissoru xalq  artisti Firudin Məhərrəmov, qurluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Ümid Abbaszadədir. Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edəcək. 

Tamaşada  Natiq Qasımovun qəhrəmanlığından geniş bəhs edilir. Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur.

Ermənilər Natiqi Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağına razılaşır.

O, hətta təslim olduqda belə Azərbaycan Bayrağını düşmənə vermir. Natiq Qasımov əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirilir.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. 

Tamaşanın premyerası yaxın vaxtlarda baş tutacaq.

FOTOLAR

Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş tamaşa hazırlanır — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Bütün Xəbərlər