“Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açıldı

“Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açıldı
21.05.2025 16:32 Mədəniyyət

Tacikistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində mayın 20-də bu ölkənin Milli Muzeyində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı olub.

TodayPress TV xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Azərbaycanın Düşənbədəki səfiri Əlimirzamin Əskərov, eləcə də Türkiyə, Pakistan, Türkmənistan və digər ölkələrin səfirləri, mədəniyyət və ictimai xadimlər iştirak ediblər.

Tacikistan Milli Muzeyinin direktoru Zafarşo İbrohimzoda muzey haqqında məlumat verib, Azərbaycanın mədəni irsi ilə bağlı sərginin rəhbəri olduğu muzeydə keçirilməsindən məmnunluğunu bildirib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərginin konsepsiyası haqqında söz açıb. Sonra sərginin rəmzi açılışını bildirən lent kəsilib, qonaqlar ekspozisiya ilə tanış olublar.

Məlumat verilib ki, ekspozisiyada Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xovlu, xovsuz xalçalar, xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunur.  Sərgidə xalçalarla yanaşı, məişətdə geniş istifadə edilmiş xurcun, çul kimi məmulatlar da yer alır. Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadənin müəllifi olduğu “Şəbi-hicran”, “Leyli və Məcnun” xalçaları da ekspozisiyanın ən maraqlı nümunələrindəndir. Sərgidə həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin “Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında” adlı ekspozisiyası yer alıb. Ekspozisiyanın ana xəttini Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il 200 illik yubileyi geniş qeyd olunan görkəmli rəssam M.Q.İrəvaninin (1825-1875) AMİM-də qorunub saxlanılan əsərlərinin və onun yaşadığı dövrün aparıcı sənət üslubunda yaranmış təsviri və dekorativ-tətbiqi sənət nümunələrinin nümayişi təşkil edir. Burada Azərbaycan Fotoqraflar Birliyinin “Qarabağ: milli irsin yaddaşı” adlı fotosərgisi də tamaşaçılara təqdim olunur. Sərgi 44 günlük Vətən müharibəsində Ordumuzun şanlı Zəfərinin beşinci ildönümünə həsr edilib. Nümayiş olunan fotolarda otuzillik işğal zamanı erməni vandalizminə məruz qalmış tarix-mədəniyyət abidələri və digər infrastruktur obyektlərinin dağıdılmış vəziyyəti və işğaldan sonra dövlətimiz tərəfindən aparılan bərpa prosesi öz əksini tapıb.

FOTOLAR

“Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açıldı — 1
“Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açıldı — 2
“Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açıldı — 3
“Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açıldı — 4
“Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açıldı — 5
“Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açıldı — 6
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər