Azərbaycan Kinosunda YENİ DÖVR: Şəfiqə Məmmədova sədrliyə tək namizəd oldu

Azərbaycan Kinosunda YENİ DÖVR: Şəfiqə Məmmədova sədrliyə tək namizəd oldu
28.08.2026 23:26 Mədəniyyət

Avqustun 28-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib.

TodayPress TV xəbər verir ki, iclasda İttifaqın cari fəaliyyəti, qarşıda duran təşkilati məsələlər, üzvlük məsələləri və növbəti Konfransın keçirilməsi müzakirə olunub.

İclasın yekununda bir sıra qərarlar qəbul edilib.

Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq xalq artisti Şəfiqə Məmmədovaya həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunub.

İttifaqın Konfransının sentyrabrın 11-də keçirilməsi də qərara alınıb.

Bundan əlavə, təqdim edilmiş siyahı əsasında İttifaqın üzvlük siyahısının dəqiqləşdirilməsi və bəzi üzvlərin üzvlüyünə xitam verilməsi məsələsinə baxılması qərara alınıb.

İdarə Heyətinin üzvü və icraçı katib Əli İsa Cabbarovun istefa ərizələrinə baxılıb və ərizələr qəbul edilib.

İclasda Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə də yekdilliklə qərar qəbul olunub.

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər