ChatGPT ilə kobud danışanlar daha dəqiq cavab alır?
Pensilvaniya Ştat Universitetinin alimləri süni intellektlə kobud ünsiyyətin daha dəqiq və az xərc tələb edən cavablar əldə etməyə kömək etdiyini müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, tədqiqatçılar dörd süni intellekt modelini 570 sual üzərində, fərqli ünsiyyət tonlarından istifadə etməklə sınaqdan keçiriblər. Nəticələrə görə, sərt və kobud ifadələrlə verilən sorğularda cavabların dəqiqliyi 84,8 faizə yüksəlib, hesablama xərcləri isə 44,3 faiz azalıb.
Araşdırmaya əsasən, sərt tərzdə verilən tapşırıqlar neyron şəbəkələri daha qısa və konkret cavablar hazırlamağa sövq edir. Nəzakətli ifadələr isə əksinə, daha uzun və çox hesablama resursu tələb edən cavablarla nəticələnə bilir.
Bununla belə, alimlər aqressiv ünsiyyətin müəyyən risklər daşıdığını da vurğulayıblar. Məsələn, “Anthropic” şirkətinin “Claude” modeli aqressiv istifadəçilərlə dialoqu dayandırmaq hüququ əldə edib.
Kübra Musayeva