Polşaya Rusiya raketləri düşdü, NATO hərəkətə keçdi - TƏCİLİ QƏRAR

Polşaya Rusiya raketləri düşdü, NATO hərəkətə keçdi - TƏCİLİ QƏRAR
24.11.2026 02:06 Dünya

NATO Polşanın hava məkanına nəzarəti gücləndirmək üçün ölkəyə AWACS tipli uzaqmənzilli radiolokasiya təyyarəsi göndərəcək.

TodayPress TV xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, bu barədə Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski Brüsseldə Şimali Atlantika Şurasının fövqəladə iclasından sonra açıqlama verib.

Onun sözlərinə görə, AWACS təyyarəsinin göndərilməsi hava məkanındakı vəziyyətin daha effektiv izlənilməsinə və Polşanın mümkün təhdidlərə operativ reaksiya imkanlarının artırılmasına xidmət edəcək.

Məlumata əsasən, qərar Polşa ərazisinə üç Rusiya istehsalı olan X-101 qanadlı raketinin düşməsindən sonra qəbul edilib.

Qeyd edək ki, AWACS təyyarələri güclü radiolokasiya sistemləri vasitəsilə uzaq məsafədəki hava hədəflərini aşkarlamaq və izləmək, həmçinin NATO aviasiyasının fəaliyyətini əlaqələndirmək imkanına malikdir.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər