Astronavtlar Aya və Marsa virus apara bilər – XƏBƏRDARLIQ

Astronavtlar Aya və Marsa virus apara bilər – XƏBƏRDARLIQ
21.11.2026 12:49 Maraqlı

Gələcəkdə Aya və Marsa göndəriləcək insanlı missiyaların iştirakçıları Yer mənşəli virus və digər patogenləri kosmosa daşıya bilərlər.

TodayPress TV xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru Nikolay Nikitin bildirib.

Alimin sözlərinə görə, yadplanetli virusların kosmik məsafələri müstəqil şəkildə qət etməsi ehtimalı azdır. Lakin astronavtlar potensial olaraq bu mikroorqanizmlərin daşınmasında vasitəçi rolunu oynaya bilərlər.

Nikitin qeyd edib ki, təcrübələr virus komponentlərinin kosmos şəraitində yaşaya bildiyini göstərir. Onun fikrincə, virusların digər planetlərə daşınmasının mümkün yollarından biri insanlı kosmik missiyalardır.

Professor, həmçinin planetlər arasında həyatın meteoritlər vasitəsilə yayıla biləcəyini irəli sürən panspermiya hipotezini xatırladıb. Bu nəzəriyyəyə görə, asteroid toqquşmaları nəticəsində planetlərin səthindən qopan süxurlar həyatın mümkün komponentlərini kosmosa daşıya bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər