“Lukoyl”un ikinci ən böyük zavodu vuruldu
Rusiyanın Perm diyarı ötən gecə və bu səhər kütləvi pilotsuz uçuş aparatları hücumuna məruz qalıb. Hücumun hədəfi ölkənin yanacaq-energetika kompleksinin əsas müəssisələrindən biri olan “Lukoyl-Permnefteorqsintez” neft emalı zavodu olub. Bununla yanaşı, Tatarıstandakı “Kaleykino” neft nasos stansiyasına da zərbə endirilib.
TodayPress TV xəbər verir ki, regional hakimiyyət orqanları sənaye obyektinə ziyan dəydiyini təsdiqləyib.
Perm diyarının qubernatoru Dmitri Maxonin ilkin məlumata görə, xəsarət alanların olmadığını və hadisə yerində operativ xidmətlərin çalışdığını bildirib. Bölgənin Ərazi Təhlükəsizliyi Nazirliyi isə hava hücumundan müdafiə qüvvələrinin və mobil atəş qruplarının PUA hücumunu dəf etməyə davam etdiyini açıqlayıb.
Qeyd edək ki, “Permnefteorqsintez” Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri və “Lukoyl” qrupunun istehsal gücünə görə ikinci ən böyük aktividir. Zavodun illik layihə gücü 13 milyon tondan çox neft təşkil edir.
Qiymət Mahir