ABŞ Suriyaya qoşun göndərəcək? Yeni planın DETALLARI

ABŞ Suriyaya qoşun göndərəcək? Yeni planın DETALLARI
24.11.2026 02:56 Dünya

Vaşinqton Suriyada hərbi təlim missiyasının həyata keçirilməsi və suriyalı əsgərlərə mina təmizləmə bacarıqlarının öyrədilməsi imkanını müzakirə edir.

TodayPress TV xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, plan təsdiqlənərsə, bu, 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra ABŞ-nin həyata keçirəcəyi ilk belə təlim missiyası olacaq.

Mənbələrin bildirdiyinə görə, təşəbbüs ABŞ-də hüquqi maneələrlə, həmçinin Suriya ordusunun bəzi nümayəndələrinin şübhə və etirazları ilə üzləşir. Buna baxmayaraq, razılıq əldə olunacağı təqdirdə Vaşinqton gələn il Suriyaya azsaylı hərbi kontingent göndərə bilər.

İlkin mərhələdə suriyalı hərbçilərə minaların zərərsizləşdirilməsi və partlamamış hərbi sursatların təhlükəsiz şəkildə utilizasiyası öyrədiləcək. Proqramın uğurlu olacağı təqdirdə iki ölkə arasında daha geniş hərbi əməkdaşlığın başlanğıcına çevrilə biləcəyi bildirilir.

Məlumata görə, missiyaya ABŞ-nin Böyük Britaniya, Fransa, Almaniya, Avstraliya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, təxminən 15 müttəfiqinin nümayəndələrinin cəlb olunması nəzərdə tutulur.

Təşəbbüsün dəyəri təxminən 200 milyon dollar qiymətləndirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər